“Özünə bax”dan bayram hədiyyəsi - Fotolar

“Özünə bax”dan bayram hədiyyəsi - Fotolar
5368 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışması bayram buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, verilişdə münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nigar İbrahimova, stilist Nasir Babayev və Afa əyləşib. Yarışmaya qatılan dörd iştirakçıya münsiflər bayram sürprizi edib.

Belə ki, dörd qızın hər biri ikinci yarımfinala vəsiqə qazanıb. Aynur adlı iştirakçının saç rəngi canlı yayımda stilistlər tərəfindən dəyişdirilib. Samirə adlı iştirakçı isə silikon dodaqlarına görə söz-söhbətə səbəb olub. Onun bunu danması Nigar İbrahimovanı özündən çıxarıb. İki xanım arasında qalmaqal yaşanıb, Nigar silikon olduğunu sübut etsə də, Samirə boynuna almayıb. Günün ən çox bəyənilən yarışmaçısı isə digər Aynur olub. Onun həm geyimi, həm də bədən quruluşu münsifləri heyran edib.

Verilişin bu günkü qonaqları "Bu şəhərdə"nin aktyorları Coşqun Rəhimov və Rəfael İsgəndərovdur.

Xatırladaq ki, “Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək. "Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.

Foto: Rəşad Abbasov