Hillari Klintonu 5 dollara görə cərimələdilər

Hillari Klintonu 5 dollara görə cərimələdilər
847 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton yol polisi tərəfindən cərimələnib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Klintonun Londonda avtomobilini park etdikdən sonra ödəniş etməməsi olub.

Onun “Mersedes” markalı avtomobilinin saxlanıldığı yerdə 1 saatlıq parkinqin qiyməti 3.3 funt (5 dollar) olub. Bu məbləğ ödənilmədiyi üçün maşının şüşəsinə 80 funtluq cərimə bildirişi yapışdırılıb.

Vestminister ərazisinin administrasiya nümayəndəsi isə cərimənin haqlı olduğunu bildirib. O, Klintona “parkinq qaydaları”nı öyrənməyi məsləhət görüb.