Zülfiyyəyə canlı yayımda sürpriz – Fotolar

Zülfiyyəyə canlı yayımda sürpriz – Fotolar
3192 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün ad gününü qeyd edən xalq artisti Zülfiyyə Xanbabayeva sürprizlə qarşılaşıb.

Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan müğənnini təəccübləndiriblər.

Belə ki, sənət dostları -xalq artisti Brilliant Dadaşova, şoumen Murad Dadaşov, aparıcı Nərgiz Cəlilova telefon vasitəsilə efirə qoşularaq Z.Xanbabayevanı təbrik edib. Müğənninin duet ortağı ifaçı Miri Yusif isə verilişə gələrək ona sürpriz edib. Ad günü keçirtməyi sevməyən xalq artisti yeni yaşını anası ilə birlikdə qeyd edəcəyini bildirib. Veriliş boyunca bir çox tanınmışlardan və sevənlərindən hədiyyə alan Zülfiyyə Xanbabayevanın fotolarını təqdim edirik.

Foto: Rəşad Abbasov