"Rihannaya bənzədilmək məni əsəbiləşdirmir" - Tünzalə

"Rihannaya bənzədilmək məni əsəbiləşdirmir" - Tünzalə
1365 dəfə oxunub
  • A-
  • A
  • A+
Son vaxtlar imicini tez-tez dəyişən əməkdar artist Tünzalə Ağayeva Rihannaya bənzədilməyindən danışıb.

Müğənni Axşam.az saytına açıqlamasında bu saç düzümünü Azərbaycanda özünün dəbə saldığını deyib:

“Hazırda saç düzümümə görə Rihannaya bənzədilirəm. Bu məni əsəbiləşdirmir. İlk dəfə onda belə bir imic görüldüyü üçün yaddaşlara həkk olunub. Saç düzümümü tez-tez dəyişirəm, peşəkar stilistlərlə çalışıram. Hərdən öz müdaxilələrim də olur. İlk dəfə 2001-ci ildə başıma yaylıq bağlayıb efirə çıxdım. Ondan sonra bu, dəb halını aldı, bütün xanımlar belə imicdə görünməyə başladılar. İndi isə bu saç stilim dəb halını alıb. Gənclər arasında bu cür sevilməyim, etdiklərimin örnək olmasından xoşum gəlir. Bundan əvvəlki - bir tərəfi uzun formada olan saç düzümümü də hamı sevmişdi.

Ümumiyyətlə, insanlar mənim etdiklərimi bəyənir, təkrarlayırlar. Stilistlərim deyir ki, siz bir saç düzümündə efirə çıxandan sonra hamı gəlib bizdən “Tünzalə Ağayevanın saç forması” istəyir. Dəbdə bir az mənim də rolumun olmasına sevinirəm”.

Foto: Rəşad ABBASOV