Tom Kruzun keçmiş həyat yoldaşı onun dostuyla eşq yaşayır - Fotolar

Tom Kruzun keçmiş həyat yoldaşı onun dostuyla eşq yaşayır - Fotolar
1792 dəfə oxunub
  • A-
  • A
  • A+

Tom Kruzun keçmiş həyat yoldaşı aktrisa Keti Holms onun dostu Cemi Foksla gizli eşq yaşayır.

Axşam.az-ın məlumatına görə, daha əvvəl bunun sadəcə şayiə olduğu deyilsə də, cütlüyün münasibətdə olması yaxınları tərəfindən təsdiqlənib.
 
Avqustda bu barədə gəzən xəbərləri yalanlayan məşhurların yaxın dostları onların bir müddətdir birlikdə olduqlarını deyib. Ketinin keçmiş ərinin yaxın dostu ilə sevgili olması ilə bağlı xəbər medianın gündəmini zəbt edib. Son günlərdə cütlük vaxtlarının çox hissəsini birgə keçirir. Otel işçisi də Keti və Foksun bir gün oteldə gecələdiyini söyləyib.

Qeyd edək ki,  34 yaşlı aktrisa Keti Holmsun Tom Kruzdan Suri adlı bir qızı var.