Manana qızına nələri qadağan etdi?

Manana qızına nələri qadağan etdi?
4874 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Manana tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-a maraqlı pozlar verən sənətçi ailəsindən danışıb. O, qızına qoyduğu qadağalardan söz açıb:

“Çalışıram, qızımı mehriban, mədəni və savadlı böyüdüm. Ona öyrətmişəm ki, hər şey üçün valideynlərdən icazə almaq lazımdır. Saat on tamam olanda o özü gedib yatır. Mən qızıma heç nəyi iki dəfə demirəm. O hər gecə bizimlə sağollaşanda "Allah sizi qorusun" deyir. İstəyirəm, qızım istedadlı böyüyüb gözəl sənətə sahib olsun. Mən də şükür edirəm ki, belə övladım var. Bu yaxınlarda qızımın 5 yaşı tamam olacaq”.

Manana ikinci dəfə ana olmaq istədiyini də deyib:

“Hamı məndən soruşur ki, niyə yenidən ana olmursan. Əlbəttə, mən də ikinci dəfə valideyn olmaq istəyirəm. Allahım mənə nə qədər övlad nəsib etsə, qəbulumdur. Amma uşaq böyütmək asan deyil. Artıq qızım böyüyüb. İnşallah, mən də tezliklə yenidən övlad sahibi olmaq istəyirəm”.