Müğənni Cəvahir Abdulovaya bu günlərdə Türkiyədən yaradıcılıq təklifi gəlib.
Axşam.az xəbər verir ki, orada müsabiqədə iştirak edən sənətçinin səsi bəyənilib.
Musiqi şirkətləri sənətçiyə əməkdaşlıq təklifi ünvanlayıb. Cəvahir xanım isə təklifi dəyərləndirmək niyyətindədir. Amma buna qədər Azərbaycanda imzaladığı müqaviləyə əsasən bir necə sənət işlərinin həllini başa vurmalıdır. Bunlar yekunlaşdıqdan sonra onun Türkiyəyə ardıcıl səfərləri başlayacaq. İlk olaraq sənətçinin diski çıxarılacaq. O daha çox Azərbaycanı müsabiqələrdə təmsil etməkdə maraqlıdır. Vokal səsə malik olan C. Abdulova həm də milli üslübda oxumaq imkanının olduğunu bildirdi. Bu səbəbdən də o həm estrada, həm də milli üslübda olan müsabiqələrdə ölkəmizi təmsil edə biləcəyini açıqlayıb.
Xatırladaq ki, sənətçi Asəf Zeynallı adına Musiqi Kollecində vokal sinfini bitirib, daha sonra Azərbaycan Milli Konservatoriyasının məzunu olub.