Yerli məşhurlar "Möhtəşəm yüz il" qəhrəmanlarının geyimində - Fotolar
Dünya
14:35 / 18.10.13
2061dəfə oxunub
A-
A
A+
Tanınmış teleaparıcı Səxavət Nurun müğənnilər Günay İbrahımli, Aysel Babayeva ilə birgə Sultan Süleyman və hərəmi görünüşündə fotoları yayılıb.
Axşam.az xəbər verir ki, bu fotolar Türkiyənin Azərbaycan üçün nəzərdə tutulmuş onlayn alış-veriş portalı üçün çəkilib.
Orada olan "Harem Style" fotosesiyasında həmyerlilərimizin şəkilləri yer alıb. İstanbulda Osmanlı sarayında çəkilmiş fotosesiyanın ideya müəllifi Yusuf Eren Yalçındır. Aparıcı maraqlı layihə haqqında fikirlərini bölüşüb:
"Milli geyimləri sevirəm. Mənim öz qarderobumda hələ Muğam Müsabiqəsi üçün tikdirdiyim milli paltarlar var. Amma Osmanlı dövrünə mənsub geyimlərdə fotosessiya ürəyimcə oldu. Özümü çəkiliş müddətində Osmanlı şahzadəsi kimi hiss etdim. Tarixi janrda çəkilən film və ya serialda rol almaq ən böyük arzularımdandır. Günay və Aysellə bakıdan kənarda iş prosesində olmaq çox zövqvericidir. Qızlar kaprizsiz və çox mehribandırlar. Ən əsası, çox istedadlıdırlar. Fotosessiyanin "backstage" variantı isə bu günlərde hazır olacaq."