ATV-nin aparıcısı İTV-yə keçdi

ATV-nin aparıcısı İTV-yə keçdi
7707 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Şarm” verilişinin aparıcısı Samirə Rüstəmova bundan sonra İctimai telekanalda yeni ekran işi ilə efirə çıxacaq.

Bu haqda məlumatı Axşam.az saytına Samirə özü verib. Yeni verilişindən söz açan aparıcı onun maraqlı məqamlarla yadda qalacağını bildirib:
 
“Yeni stil” adlanan veriliş hər bir sahənin özünəməxsus zövqünü rahat və münasib yollarla tamaşaçıya çatdıracaq. Burada dəb, stil, zövq, məşhurların seçimləri haqqında geniş müzakirələr aparacağıq. Bilirsiniz ki, bundan əvvəl "Lider" telekanalında “Stil” adlı veriliş hazırlayırdım. Oradakı bəzi rubrikalarımız, eləcə də fotoimic olduğu kimi qalacaq. Beşulduzlu otelləri, maraqlı məkanları, brendlərin Bakıdakı butiklərini maraqlı tərzdə tamaşaçıya çatdıracağıq. Layihənin əsas məqsədi dəbdəki son yenilikləri tamaşaçılara təqdim etməkdir. Beləcə biz hər kəsin seçimini asanlaşdıracağıq”.

“Yeni Stil” oktyabrın 26-dan etibarən hər həftənin şənbə günü saat 17:30-da İctimai kanalın efirində yayımlanacaq.

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Axşam.az saytıdır.

Foto: Bəhruz ƏLİZADƏ

Məkan: "Lake Palace" otel

Geyim: Maqura

Vizaj - Afaq, saç - Əfsanə