"Orifleym-Azərbaycan”: 19 illik uğurun tarixi haqda - fotolar

"Orifleym-Azərbaycan”: 19 illik uğurun tarixi haqda - fotolar
2318 dəfə oxunub
  • A-
  • A
  • A+

1967-ci ildə Yonas və Robert af Yoknik qardaşları şəxsi biznesə başlamağa və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər.

Beləliklə, "Orifleym" yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi "Orifleym"lə əməkdaşlıq edən 3 milyondan artıq məsləhətçidən ibarət satış gücü dünya bazarlarında satır.

"Orifleym" pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. “Bu gün qazan və sabah arzularını həyata keçir™” bizim biznes konseptimizdir

Birlik, ruh və ehtiras – "Orifleym"i möhtəşəm şirkətlərdən biri edən əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.  

50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.

Hal-hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlamışlar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmoniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş vermişdir. Bir İsveç brendi kimi bizim üçün gözəllik hər zaman daha böyük anlam olmuşdur. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. “Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir”.

"Orifleym Azərbaycan" – 19 illik tarixə malik uğur və yeni möhtəşəm ofisin açılışı haqqında:

"Orifleym Azərbaycan" şirkətinin əsası  rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.

Zaman heç vaxt dayanmadığı kimi, bu 19 il ərzində "Orifleym Azərbaycan" da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.

Bütün bu illər ərzində "Orifleym"ə inanan insanlar, bizə və bizim keyfiyyətimizə, etdiklərimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir. Bu gün "Orifleym Azərbaycan" məsləhətçilərinin sayı 12 min nəfərə bərabərdir. 

2017-ci il "Orifleym" şirkəti üçün əlamətdar bir tarixdir: bu il şirkət 50 illik yubileyini qeyd edir. Öz yubileyində "Orifleym Azərbaycan" daha bir əlamətdar hadisə ilə yadda qaldı.

31 yanvar tarixində şirkət özünün yeni möhtəşəm xidmət mərkəzini açdı. Yeni ofisimiz Azərbaycan pros. 14 ünvanında yerləşir.

Möhtəşəm açılış mərasimi  Qafqaz üzrə "Orifleym"in Vitse Prezidenti və rəhbəri və "Orifleym Azərbaycan"ın Baş Direktoru Kemal Kaya, "Orifleym"in Baş Vitse Prezidenti və MDB üzrə rəhbəri Yohan Rosenberq, İsveç səfirliyinin nümayəndəsi Tomas Danestad və digər qonaqların təbrik çıxışı ilə başladı.
Məşhur bəstəkar Murad Arifin aparıcılığı ilə keçən tədbirdə İsveç, Türkiyə, Şimal Kipr səfirliklərindən nümayəndələr, hökumət nümayəndəlikləri, qeyri-hökumət təşkilatları və şirkətin biznes tərafdaşları ilə yanaşı müğənni Eldar Qasımov, modelyer-dizayner Gülnarə Xəlilova, stilist Elnur Həsənov, byuti-bloggerlər Səma Abiyeva, Lalə Əhmədova, Nərmin Məmmədova, Elnarə Gənc, Orifleymin 2017-ci ildə sponsorluq edəcəyi Milli Qadın Voleybol Komandasının idmançı qızları və s. iştirak etdilər.

Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.

19 illik tarixə malik uğur – bu sadəcə başlanğıcdır!

Şirkət haqqında faktlar:

Şirkətin illik dövriyyəsi
- təqribən 1,3 mlrd avro

Orifleym Məsləhətçi sayı
- təqribən 3 milyon

Orifleymin təmsil olunduğu ölkələrin sayı - 60-dan çox

Orifleym əməkdaşlarının sayı - təqribən 7000

Məhsul çeşidi - təxminən 1000 adda müasir təbii isveç kosmetikası

Şəxsi fabriklərinin yerləşdiyi ölkələr
- Russiya, Polşa, Çin və Hidistan

Əlavə məlumat üçün:
Rəsmi veb səhifə: www.oriflame.az 
İnstaqram: oriflame_official_azerbaijan
Facebook: OriflameAzerbaijanOfficial