Prezident xanımı ilə istirahətə yollandı - fotolar

Prezident xanımı ilə istirahətə yollandı - fotolar
12800 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın yeni prezidenti Donald Trampın andiçməsindən sonra xanımı Melaniya Tramp ortalıqda görünmürdü.

Axşam.az-ın məlumatına görə, hətta rəsmi bir neçə görüşdə birinci xanım deyil, qızı İvanka Donaldın yanında olub. Dünən isə ABŞ mediası Melaniyanı prezidentlə yanaşı görüntüləyə bilib.

Onlar həftəsonu istirahəti üçün Floridada Palm-Biçə gedərkən görünüblər.

Qeyd edək ki, bu həftə Ancelina Coli, Arnold Şvarsneqqer, Cennifer Lopez və digər məşhurlar D.Trampa qarşı çıxış edərək onun miqrasiya qanunu ilə bağlı qəbul etdiyi qərarları pisləyiblər.