Uzun müddətdir küsülü olan xalq artisti Brilliant Dadaşova və müğənni Elton Hüseynəliyev eyni səhnəni bölüşüb.
Axşam.az-ın məlumatına görə, onlar bəstəkar Tofiq Quliyevə həsr edilən “Könül nəğmələri” adlı konsert proqramında üz-üzə gəliblər. Heydər Əliyev Sarayında baş tutan gecədə hər iki ifaçı ayrı-ayrılıqda səhnəyə çıxıb, mahnı oxuyub.
Sonda isə gecəyə qatılan bütün ifaçılar səhnəyə yığışıb. Həmin an B.Dadaşova və E.Hüseynəliyev də eyni səhnəni bölüşməli olublar. Küsülü ifaçılar yan-yana dayanmamağa çalışıblar.
Qeyd edək ki, E.Hüseynəliyev B.Dadaşovanı paxıl ifaçı adlandırıb. O bildirib ki, toy mərasimlərindən birində B.Dadaşova mikrofonu əlində saxlayaraq, Eltona yarım saat gözlətdirib, ona səhnəyə gəlməyə imkan verməyib.