Ulduzlar ilin ən əsas hadisəsinə hazırlaşırlar - fotolar

Ulduzlar ilin ən əsas hadisəsinə hazırlaşırlar - fotolar
945 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar 2017" mükafatlarına namizəd olan ulduzlar ənənəvi yemək süfrəsi üçün bir araya gəliblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "The Beverly Hilton" otelində baş tutan gecədə aktyor və aktrisalar kamera qarşısında poz veriblər.

Mərasimdə Emma Stoun, Rayan Qoslinq, Natali Portman, Keysi Afflek, Castin Timberleyk, Farrel Uilyams, Viola Davis, Denzel Vaşinqton, Nikol Kidman, Dev Patel, Mel Gibson, Mişel Uilyams və digər ulduzlar iştirak edib.

Qeyd edək ki, ilin ən əsas mədəni hadisəsi olan "Oskar" mükafatlarının təqdimatı mərasimi fevralın 26-da keçiriləcək.