Şou-biznesin tanınmış simaları futbol oynayacaq. Axşam.az xəbər verir ki, noyabrın 15-də “Şəfa” stadionunda baş tutacaq oyunda stadiona sənətçilər çıxacaq.
Yaşıl geyimli komandanın tərkibində əməkdar artist Almaz Ələsgərli, müğənni Yaşar Cəlilov, Xatun , aparıcılar Günel Hümbətova, Anar Nəcəfov, rəqqasə Aytən və başqaları olacaq. Narıncı geyimli komandada isə müğənnilər Nazim Faytonçu, Emil Bədəlov, Sevda Sanəliyeva, Lamiyə Novruzova, Sevil və Sevinc bacıları, rəqqasələr Fatimə Fətəliyeva, Oksana Rəsulova və skripkaçı Səlim oynayacaq.