Bu foto Allanın yalanını üzə çıxardı

Bu foto Allanın yalanını üzə çıxardı
19327 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Alla Puqaçova sənət yoldaşlarından birinin ad günü mərasiminə qatılıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, məclisdə çəkilən fotolar sosial şəbəkədə yayıldıqdan sonra ifaçının fanatları məyus olublar.

Belə ki, Allanın qarşısındakı boşqabda siqaret və alışqanın olması, eyni zamanda, onun əlində siqaret tutması izləyicilərin narahatlığına səbəb olub. Onlar sənətçinin heç vaxt siqareti tərgitmədiyini, hamını aldatdığını qeyd ediblər.

Xatırladaq ki, A.Puqaçova 2 uşaq anası olandan sonra pis vərdişi ilə bir dəfəlik vidalaşdığını açıqlamışdı. O, 13 yaşından siqaret çəkəməyə başladığını bildirərək, çətin olsa da, onu tərgitdiyini vurğulamışdı.
67 yaşlı xalq artistinin özündən 37 yaş kiçik həyat yoldaşı Maksim Qalkin də müsahibələrinin birində Puqaçovanın siqaretlə vidalaşdığını açıqlamışdı.