Elza özünü Türkan Şoraya bənzətdi - Foto

Elza özünü Türkan Şoraya bənzətdi - Foto
2030 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan bu dəfə özünü türkiyəli aktrisa Türkan Şoraya bənzədib.
 
Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Alma almaya bənzər” layihəsi üçün bu imici seçib. Müğənni bundan sonra tez-tez həmin stildə görünəcəyini deyib:

“Mənə çox insan Türkan Şoraya bənzədiyimi deyirdi. “Alma almaya bənzər” layihəsi üçün o imicdə çəkildim. Hər kəsin xoşuna gəldi. Bircə çəkim məni narahat etdi. Türkan Şoraydan kökəm. Əslində, o ərəfədə arıqlamaq qərarına gəlmişdim. Amma möhkəm xəstələndim və idmana gedə bilmədim. Çəkilişdən sonrada başımdan zədə aldım. Mənə göz dəydi.

Türkan Şorayın pərəstişkarı olmuşam. Hətta evimdə onun şəkilləri olan köynəklər də var. Bundan sonra tamaşaçılar məni bu aktrisanın imicində tez-tez görəcəklər. Stilistimlə qərara gəlmişik ki, bir müddət belə görünüm”.