Amerikalı aktrisa Paris Hilton Los-Ancelesdə gecə klublarından birində kameralar qarşısına keçib.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müxtəlif pozalarda şəkillər çəkdirib onları İnstaqram səhifəsində yerləşdirən aktrisanın sinə əməliyyatı elətdirdiyi gözdən qaçmayıb.
İzləyiciləri fotoların altından Parisin sinəsini böyütdüyü barədə şərhlər yazıblar.
Qeyd edək ki, bir müddət əvvəl aktrisa sinə əməliyyatı etdirib, sinəsini böyüdənləri qınamış və özü heç vaxt belə bir əməliyyata getməyəcəyini açıqlamışdı.