Teatr mütəxəssislərimiz Əl-Füceyrada təcrübə keçir

Teatr mütəxəssislərimiz Əl-Füceyrada təcrübə keçir
825 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaradıb.

Dövlət Proqramına uyğun olaraq ölkə teatrlarında çalışan kadrların da ixtisaslarının təkmilləşdirilməsi prosesi davam edir. Bu məqsədlə yanvarın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrlarının işıq və səs mütəxəssisləri Beynəlxalq Teatr İnstitutu tərəfindən keçiriləcək təlimlərdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyra şəhərinə ezam olunub.
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin verdiyi məlumata görə, təlimlər yanvarın 31-dək davam edəcək.

Mənbə:azertag.org