ATV-nin canlı yayımına süpriz zəng

ATV-nin canlı yayımına süpriz zəng
3158 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının zövq yarışması "Özünə bax”ın dünənki buraxılışında sürpriz dolu anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, günün ən gözlənilməz xəbəri münsif kürsüsündə əyləşən vizajist Nigar İbrahimovanın toy xəbəri olub. Efirə canlı telefon bağlantısı quran Nigarın bacısı, müğənni İradə İbrahimova “Özünə bax”ı hər zaman izlədiyini və bəyəndiyini deyib. O, Azərbaycanda bu cür səviyyəli bir verilişin yayımlanmasına çox sevindiyini bildirib. Sənətçi deyib ki, Bakıya gələn zaman verilişə qonaq münsif kimi qatılacaq.

Ötən gün yarışmaya isə üç iştirakçı qatılıb: Təranə, Aynurə və Ülkər. Münsiflər Nigar İbrahimova, layihə rəhbəri Ruhi Əliyeva, stilist Nasir Babayev və modelyer Afaq hər üç iştirakçının geyim tərzini çox bəyəniblər. Təranə, Aynurə və Ülkər ikinci yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyilə “Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.

Foto: Rəşad ABBASOV