Fəaliyyətini dayandırmış “Milk and Kisses” qrupunun keçmiş solisti Fəridə Nelsonun oğlu ilə fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, əcnəbi vətəndaşla ailə quran və hazırda xaricdə yaşayan Fəridə oğluna Tamerlan adını verib.
Qeyd edək ki, “Milk and Kisses” qrupu 2010-cu ildə keçirilən “Eurovision” müsabiqəsinin seçim turlarında iştirak edib. Fəridə ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşıb. Qrupun digər üzvü Dilarə Kazımova isə solo karyerasına davam edir.