Aysel Eminin yarışması üçün Moskvaya getdi - Foto

Aysel Eminin yarışması üçün Moskvaya getdi - Foto
3035 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvada keçiriləcək “Kainat gözəli” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Manafova bu gün səhər saatlarında Rusiyaya yola düşüb.

Axşam.az-ın məlumatına görə, bu haqda model İnstaqram sosial şəbəkəsində yazıb. Azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, müğənni-bəstəkar Eminin rəhbərlik etdiyi yarışma noyabrın 5-i və 9-da baş tutacaq. Müsabiqədə əsas jüri Stiven Tayler olacaq. Tomas Roberts və Melani Braun noyabrın 9-da baş tutacaq finalda aparıcılıq edəcək. Həmin gün müğənni Emin Ağalarov da səhnəyə çıxacaq. "Kainat gözəli" müsabiqəsi dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutacaq.

Qeyd edək ki, Aysel “Miss Azerbaijan 2012” müsabiqəsinin qalibidir.