Sevgililər günündə əkiz uşaqlarını dünyaya gətirən müğənni Ebru Yaşar doğumdan sonra ilk dəfə kameralara tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, həyat yoldaşı Necat Gülsevenlə bir məkandan çıxarkən görünüb. Ebru jurnalistlərin bəzi suallarını cavablandıraraq deyib:
"Aylardır evdə idim. Hamiləlikdə 9 kiloqram kökəlmişdim. Doğumdan sonra 16 gün ərzində 12 kilo arıqlamışam".