Türkiyəli müğənnilər Alişan və Simge ötən gün Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, ifaçılar 8 Mart Beynəlxalq Qadınlar günündə baş tutan konsertdə səhnəyə çıxıblar.
Gecənin aparıcılığını Lətafət Ələkbərova edib. Alişan və Simgeni izləməyə gələnlər arasında şou-biznes nümayəndələri də yer alıblar.
Simge və Alişan gecədə mahnılar səsləndirib, qonaqlarla maraqlı söhbətləri ilə yadda qalıblar.
Foto: İlqam CƏBİYEV