Aktrisa Eva Mendes "Shape" jurnalının qonağı olub.
Axşam.az-ın məlumatına görə, ötən il ikinci dəfə ana olan aktrisa ideal bədən quruluşunu necə qazanması barədə də danışıb. O, son zamanlar kameralar qarşısında az görünməsini isə belə izah edib:
"Vaxtımın çoxunu ərimlə (aktyor Rayan Qoslinq-red.) və uşaqlarımla keçirirəm. Evdə onlarla olmağı sevirəm".