Kluninin hamilə xanımı "İŞİD"in əsirliyindən qurtulan qızla - fotolar

Kluninin hamilə xanımı "İŞİD"in əsirliyindən qurtulan qızla - fotolar
7418 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Corc Kluninin vəkil xanımı Amal Kluni Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı ştabında keçirdiyi görüşlərini davam etdirir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əkiz uşaqlara hamilə olan Amal bir neçə gün əvvəl beynəlxalq Haaqa məhkəməsinin İŞİD terrorçu təşkilatına qarşı laqeyd mövqeyini sərt tənqid etmişdi.

Dünən isə o, BMT-nin yeni baş katibi Antonio Quterrişlə görüşüb. O, görüşə İraqda İŞİD-in əsirliyində qalmış, daha sonra insan haqlarını müdafiə edərək "Nobel" mükafatına layiq görülmüş Nadya Muradla birgə gəlib.
 
Amal əsirlikdə olan digər insanların hüquqlarının müdafiəsi üçün təşkilata qarşı bütün beynəlxalq təşkilatları birləşməyə çağırıb.