Bakıda yeni məkan: “Orbita GYM & Fitness” - fotolar

Bakıda yeni məkan: “Orbita GYM & Fitness” -  fotolar
4332 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtımızda “Orbita GYM & Fitness” adlı yeni idman zalı fəaliyyətə başlayıb. 

Axşam.az-ın məlumatına görə, müasir standartlara cavab verən fitnes zalın ötən gün baş tutan açılış mərasimində idmançılar, incəsənət üzvləri iştirak ediblər. Məkanın açılış lentini müğənni Rəşad İlyasov kəsib.
 
Peşəkar məşqçilərin çalışdığı məkanın açılışında müğənni Samira Allahverdi, Səidə Sultan, Niyam Salami, Vüsal Hacıyev, idmançı Ceyhun Vəliyev və başqaları iştirak ediblər.

Məşhurlara və özəl qonaqlara fitness zalın xidmətlərindən yararlanmaq üçün kartlar hədiyyə olunub.

Bildirilib ki, məkanda yeniyetmə və gənclərin idmanla məşğul olması üçün hər bir şərait yaradılıb. Zalın maddi-texniki bazası müasir standartlara cavab verir.
 
Mərkəzdə çalışan peşəkar məşqçilər isə bu sahəyə aid müxtəlif idman növlərində dünya, Avropa və ölkə çempionluğunu qazanmış şəxslərdirlər. Bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növü olan fitneslə məşğul olmaq istəyənlər mərkəzə üz tuta bilərlər. Qiymətlər isə münasibdir.

Zaldan həm xanımlar, həm də kişilər yararlana bilərlər. Xanımlar üçün Ukraynadan xüsusi trennerlər dəvət olunub.

Ünvan: Nizami rayonu, Əlif Hacıyev 46E (“Sevinc” restoranının arxası)

Tel.: (055) 383 00 00