Kənan və Sinem Mayamidə 2 milyon dollara villa aldılar - fotolar

Kənan və Sinem Mayamidə 2 milyon dollara villa aldılar - fotolar
4678 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Sinem Kobal və aktyor Kənan İmirzalıoğlu ötən ay çıxdıqları Amerika turunun son dayanacağında getdikləri Mayamidən ev alıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar kirayəyə götürdükləri lüks VIP mikroavtobus və lüks bir gəmiylə Ulduzlar və Palma adalarını həm qurudan, həm də dənizdən gəziblər. Burada ev almaq istəyən cütlük qiymətlərin baha olduğunu öyrəndikdən sonra ev axtarışını davam etdiriblər.

Məşhur cütlük uzun axtarışlardan sonra Mayamidəki "Fisher Island"da okean mənzərəli, 2 milyon dollar dəyərində bir villa alıblar. Bu adada sadəcə 132 nəfər yaşayır.

Sinem və Kənan villanın dizayn işləri üçün ABŞ-da olan dostlarından yardım istəyiblər. İkili bundan sonra gözdən uzaq qalmaq istəyəndə Mayamidəki evlərinə gedəcək.