Bakıda dəbdəbəli məkan açıldı: “Meet point" - fotolar

Bakıda dəbdəbəli məkan açıldı: “Meet point" -  fotolar
6958 dəfə oxunub
  • A-
  • A
  • A+
Paytaxtımızda “Meet point lounge & hookah” adlı yeni məkan fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, ötən gün baş tutan açılış mərasiminə sənət aləminin tanınmış simaları da qatılıblar. Onlar arasında müğənnilər Xatun Əliyeva, Səbinə Əsgərova, Əbdül Xalid, prodüser Təranə Səmədova, aparıcı Murad Əzimzadə və başqaları yer alıblar.

“Meet point” genişliyi, qonaqlar üçün ayrılan xüsusi otaqları və yüksək səviyyəli xidməti ilə müştərilərini məmnun edəcək. Məkanda eyni zamanda ad günləri, kiçik banketlər də keçirmək mümkündür. Oyun həvəskarlarına ayrılan xüsusi otaqlarda maraqlı vaxt keçirə biləcəksiniz.

Restoranın sahibi Pənah Eldaroğlu “Meet point”in bir çox məkanlardan fərqlənəncək xüsusiyyətlərindən danışıb:

“Meet point” hər kəsə xitab etmək və yüksək xidmət göstərmək məqsədiylə qurulub. Həftənin müəyyən günlərində qonaqlarımız canlı musiqi dinləyə biləcəklər. Burada milli və dünya mətbəxindən olan ən ləziz yeməklər təqdim olunur.

Qəlyan həvəskarları üçün də sevindirici xəbərimiz var. Belə ki, məkanımızda xüsusi qəlyan reseptləri ilə tanış ola biləcəksiniz. Fərqli qəlyan dadmaq istəyən bura gələ bilər.
İşdən sonra stress atmaq istəyənlər məkanımızda dincələ bilərlər. Gülərüzlü personalımız müştərilərə hər şeyin ən yaxşısını təqdim edəcək. Biz sizləri qonaq etməkdən məmnunluq duyacağıq”.

Ünvan: Abdullah Şaiq 241, yasamal rayonu Dövlət Statistika Komitəsinin yanı

Tel.: (012) 510 00 12

İnstaqram: meetpoint_baku