Primadonnadan Günaya təbrik - Fotolar

Primadonnadan Günaya təbrik -  Fotolar
5430 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin aparıcısı Günay Rəhimovanın 23 yaşı tamam olub.  

Axşam.az xəbər verir ki, verilişin bugünkü qonağı olan xalq artisti İlhamə Quliyeva Günaya gül dəstəsi bağışlayaraq ona xoş arzularını çatdırıb.

Aparıcı bildirib ki, yeni yaşını ailəsi ilə birlikdə qeyd edəcək. O, ən böyük sürprizi qardaşından alıb:

“Qardaşım hərbi xidmətdədir. Bu gün mənə görə məzuniyyətə gəlib. Bundan gözəl hədiyyə ola bilməz”.