Aynur "Bahar qızı" oldu - fotolar

Aynur "Bahar qızı" oldu -  fotolar
2585 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən güclü paratoekvandoçusu olan azərbaycanlı Aynur Məmmədova Novruzun rəmzlərindən biri sayılan Bahar qızı obrazını canlandırıb.

Axşam.az-ın məlumatına görə, foto-layihənin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb.

Libaslar Gülnarə Xəlilovanın Milli Geyim Mərkəzi tərəfindən təqdim edilib. Fotoların müəllifi Tünzalə Ağayevadır.

Aynur Məmmədova taekvondo üzrə üçqat dünya çempionu və ikiqat Avropa çempionudur. Dünya reytinqində öz çəki dərəcəsində birinci yeri tutur.