Aktyor Kıvanç Tatlıtuğun yeni reklam filmindəki tərəf müqabili bəlli olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, markanın yaz-yay kampaniyası üçün baş tutacaq çəkilişlərdə Kıvança 22 yaşlı braziliyalı model Sindi Mello tərəfdaşlıq edəcək.
Artıq İstanbulda olan Mello İnstaqramda "Burada olmaq çox həyəcanlı" yazıb.