Əməkdar artist Nüşabə Ələsgərli türkiyəli ifaçılar Alişan və Simgenin 8 Mart Beynəlxalq Qadınlar günündə baş tutan konsertində fotokameramız tərəfindən görüntülənib.
Axşam.az-ın məlumatına görə, müğənni gecəyə qızı Nigarla birlikdə qatılıb.
Övladlarını hər zaman mediadan uzaq tutan N.Ələsgərli qızı ilə bayram qeyd edib.
Qeyd edək ki, N.Ələsgərlinin Orxan adlı oğul övladı da var. Müğənninin övladları 2014-cü ildə orta məktəbi bitirib və ali məktəbə daxil olublar.
Foto: İlqam CƏBİYEV