Müğənni Günay İbrahimli yeni aldığı avtomobiliylə ilk dəfə görüntülənib.
Axşam.az-ın fotokamerasına tuş gələn sənətçinin maşını qara rəngli “Dodge Durango”dur.
Çoxdandır “Cip” arzulayan Günaya nəhayət istədiyi model avtomobilə qovuşmaq nəsib olub.
Xatırladaq ki, bu yaxınlarda “Lexus” alan Günay ürəyincə olmadığı üçün onu satmaq qərarına gəlmişdi.
Sənətçinin yeni maşınının qiyməti isə 39-55 min manat arasında dəyişir.