Müğənnilər Tolikin bağ evində - fotolar

Müğənnilər Tolikin bağ evində -  fotolar
8567 dəfə oxunub
  • A-
  • A
  • A+
“ATV maqazin onlarla” verilişi Novruz bayramı ilə bağlı çəkiliş edib.

Axşam.az-ın məlumatına görə, proqram prodüser Tarix Əliyevin (Tolik) bağ evində lentə alınıb.

Bu münasibətlə xalq artisti Aygün Kazımova, əməkdar artist Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Ceyhun Əliyev, Lətifə Soyuöz və başqaları milli geyim geyinərək Tolikin bağında toplaşıblar.

Maraqlı anlardan biri xalq artisti Aygün Kazımova ilə müğənni Nadir Qafarzadənin bir araya gəlməsi olub. İfaçılar uzun müddətdir küsülü imiş.

Çəkilişdən fotolar sosial şəbəkədə yayılıb. Şəkillərin müəllifi fotoqraf Pərvizdir.