Aparıcı Kəmalə Piriyeva tədbirlərin birində görüntülənib.
Axşam.az-a açıqlama verən aparıcı aktrisalıq fəaliyyətindən danışıb.
O, “Sizi həm komediya, həm də dramatik obrazda görürük. Hansı sizə daha yaxındır” sualına belə cavab verib:
“Mənim ruhuma daha çox komediya yaxındır. Bu janrı çox sevirəm”.
Son günlər daha çox aktrisa kimi gündəmə gələn Kəmalə aparıcılığı atmağı düşünmədiyini söyləyib:
“Heç vaxt aparıcılığı atmaram. İkisini də idarə edə bilirəm. Niyə birini atım ki...”.
Foto: Ramin ASLANOV