Xəstəliyini sənətə çevirdi - fotolar

Xəstəliyini sənətə çevirdi - fotolar
15046 dəfə oxunub
  • A-
  • A
  • A+
Uşaqlığından vitiliqo (dəri peqmentinin pozulması) xəstəsi olan Aş Soto adlı gənc qız xəstəliyini sənətə çevirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Aş uşaq olarkən bədənindəki ləkələrdən utanar, onları ört-basdır etmək üçün uzun qol paltarlar geyinərmiş.

Hazırda isə 21 yaşı olan Soto xəstəliyə tutulduğu üçün özünü daha gözəl hesab edir.

Belə ki, bir gün ləkələri qara qələmlə xətləyən qız bədənində xəritəyə bənzər rəsmin əmələ gəldiyini görüb. Bundan sonra o, həmin görkəmdə çəkilmiş fotoları sosial şəbəkədə yayıb. Hamı onun qeyri-adi, gözəl göründüyünü vurğulayıb.