"Jizel" baleti Opera və Balet Teatrında
Mədəniyyət
12:58 / 18.03.17
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 26-da dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan "Jizel" baletinin tamaşası keçiriləcək.
Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, bu əsər uzun illərdir teatrın repertuarındadır və hər dəfə də fərqli ifalarda, bir çox hallarda dəvət olunmuş balet ulduzlarının ifasında tamaşaçılara təqdim olunur.
Martın 26-da baş tutacaq tamaşada isə ilk dəfə olaraq baş rolu - Jizel partiyasını Prezident mükafatçısı Cəmilə Kərimova ifa edəcək. Onun tərəf-müqabili - Qraf Albert rolunda isə əməkdar artist Makar Ferştandt çıxış edəcək.
Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.