Madam Tüssonun Londonda yerləşən muzeyində Uitni Hyustonun mum heykəli təqdim olunub.
Axşam.az-ın məlumatına görə, mərasimdə 30 nəfərdən ibarət kilsə xoru da iştirak edib.
Kollektiv mərhum ulduzun ən məşhur hitlərini ifa edib. Pop ulduzun yaxınları əldə olunan son nəticəyə heyran qalıblar. Heykəl 8 həftə ərzində muzeydə nümayiş olunacaq. Daha sonra əsər Nyu Yorka göndəriləcək. Xatırladaq ki, bu artıq ulduzun sayca 4-cü mum heykəlidir. Daha əvvəl Hyustonun yaradıcılığının müxtəlif dövrlərini əks etdirən üç eksponat da təqdim edilmişdi.