Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 30 yaşını yaxınları ilə birlikdə yaxtada qeyd edib.
Axşam.az xəbər verir ki, gecəyə aktyorun ailəsi və dostlarından əlavə, fransız sevgilisi Florans Eujenya da qatılıb. Kıvanç Tatlıtuğ ad günü partisinə 10 min avro xərcləyib.
Yaraşıqlı ulduz gecənin sonunda müxbirlərin suallarını cavablandıraraq gözəl bir gün keçirdiyini deyib: “30 yaşımı dostlarımla birgə qeyd etdim. Hədiyyələrə hələ baxa bilməmişəm. Çox gözəl bir gecə idi”.