Madonnanın çılpaq fotoları hərraca çıxarılacaq

Madonnanın çılpaq fotoları hərraca çıxarılacaq
3074 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Madonnanın bu günə kimi heç yerdə görünməyən çılpaq fotoları satışa çıxarılacaq.

Axşam.az-ın məlumatına görə, dünya ulduzunun 18 yaşında çəkdirdiyi həmin şəkillər noyabrın 9-da keçiriləcək hərracda olacaq. Fotoqraf Herman Kulkens tərəfindən 1977-ci ildə çəkilən şəkillər 2010-cu ildə dünyasını dəyişən “Penthouse” dərgisinin baş redaktoru Bob Quccionın özəl kolleksiyasında yer alıb. Madonnanın həmin görüntüləri ilk dəfə 1987-ci ildə onun jurnalında yayımlanıb. Bobun ölümündən sonra maliyyəçi Vol Strit tərəfindən alınan fotolar “guccionecollection.com” internet saytında satışa çıxarılacaq.

Miçiqan universitetində rəqs dərsləri aldığı ərəfədə kirayəsini ödəmək üçün çılpaq şəkillər çəkdirmək məcburiyyətində qalan Madonna proses zamanı hər saata 10 dollar qazanıb.