“Space” telekanalında yayımlanan “Təəccüb çevrəsi” proqramının növbəti buraxılışı bu gün efirə gedəcək.
Axşam.az-ın məlumatına görə, verilişin qonağı parodiyaçı Nofəl Şahlaroğludur.
Nofəl parodiyaları ilə tamaşaçılara əyləncəli anlar yaşadacaq. Eyni zamanda illüziyaçı Çingiz sehirli nömrələri ilə hər kəsi təəccübləndirəcək.
Proqramın sözügedən buraxılışı bu gün saat 22:45-də efirə gedəcək.
Qeyd edək ki, verilişin aparıcısı Mələk Heydərova, layihə rəhbəri isə Çingizdir.