Ölkəmizi bu il “Eurovision” müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın (Dihaj) Kiyevdəki məşqləri başlayıb.
Axşam.az-ın məlumatına görə, müğənninin müsabiqə zamanı göstərəcəyi şounun görüntüləri “Youtube"da yerləşdirilib.
Dihajı səhnədə beş rəqqas müşayiət edəcək.
Qeyd edək ki, Dihaj müsabiqədə “Skeletons” mahnısını səsləndirəcək. “Eurovision”nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində keçiriləcək.