Əfqanıstanın Herat vilayətində qeyri-adi toy mərasimi keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 34 cütlük bir gecədə və eyni məkanda ailə qurub. Maddi çətinlikləri olan cütlüklərin evlənmələrinə şərait yaradılan bu mərasim əfqanlar tərəfindən "Ziyarəti-dal" ("Qəlblərin ziyarəti") adlandırılır.
Gecədə ailə quranlar arasında əlil və görmə qabilliyətini itirmiş cütlüklər də olub. 34 cütlüyü toya gətirmək üçün 14 avtomobildən istifadə edilib.