Müğənni Samira Allahverdi yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu dəfə “Rokki” filmində səsləndirilən “Burning hurt” mahnısına müraciət edib. O, musiqinin üzərinə Azərbaycan dilində sözlər yazdırıb. Sözlərin müəllifi Sevinc Şirindir.
İfaçı mahnını İslam Həmrəylik Oyunlarına həsr edib.
"Xarici mahnılara çox üz tuturam. Mənim istədiyim kimi mahnı yazmaq çox çətindir. Sonra da deyirlər ki, Samira plagiatlıq edir" deyə, müğənni bildirib.
S.Allahverdi eyni zamanda son günlər verdiyi xeyriyyə konsertlərindən danışıb:
“Bu konsertlər prodakşın tərəfindən təşkil olunur. Mənim tək gəlir yerim şou-proqramlardı. Hərdən də toylara gedirəm”.
Samira eyni zamanda bildirib ki, daha bir mahnı üzərində çalışır. Bu bəstənin müəllifi isə əməkdar artist Tünzalə Ağayevadır. Sözügedən mahnı hazırda aranjimandadır, yaxın günlərdə təqdim olunacaq. İslam Həmrəylik Oyunlarına həsr edilən bu mahnının da sözləri Sevinc Şirinə məxsusdur.
Foto: Ramin ASLANOV