"Bunu ilk dəfə Azərbaycanda etdim" - Kibariyenin Bakı konsertindən fotolar

"Bunu ilk dəfə Azərbaycanda etdim" -  Kibariyenin Bakı konsertindən fotolar
9371 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Kibariyənin Bakı konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, sənətçi səhnəyə çıxmazdan əvvəl media nümayəndələrinin suallarını cavablandırıb və Azərbaycanla bağlı fikirlərini bölüşüb.

O bildirib ki, burada gördüyü qonaqpərvərliyə heyran qalıb:

“Bura gəldiyim andan mənə çox gözəl şeylər yaşatdılar. O qədər sevgi göstərdilər ki... Şəhəriniz çox dəyişib, gözəl olub. Bura gələndə mən də dəyişib, gözəlləşirəm. Hətta həyatımda ilk dəfə kosmetoloqa getdim. Mən heç vaxt maskalar etdirmirəm. Burada həyatımı yaşadım”.

Kibariyə dost olduğu müğənni Xumar Qədimovadan danışıb:

“Xumar xanımla danışdım. Konsertə gələ bilmədi, işi olduğu üçün. İstanbulda görüşəcəyik. Onu çox sevirəm”.

Türkiyəli müğənni konsertdə səhnəni bölüşdüyü muğam ifaçısı Zenfira İbrahimovanın ünvanına təriflər yağdırıb:

“Burada hər kəsin səsi ayrı gözəldir. Mən ona Zema deyirəm. Alış-verişə çıxdıq, restorana getdim, gözəllik salonuna apardı. Bu gün onunla səhnə bölüşəcəm. Azərbaycanlı müğənnilərdən kim istəsə, onunla duet oxuyacam”.

Qeyd edək ki, konsertin təşkilatçısı Vəfa Vaqifqızıdır. Gecəni izləməyə gələnlər arasında şou-biznes nümayəndələri də yer alıblar.

Foto: Ramin ASLANOV