Almaniyadan olan 92 yaşlı Cohanna Quaas etdiyi gimnastika hərəkətlərilə görənləri heyrətləndirir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 3 yaşından gimnastika ilə məşğul olan Quaas indiyənədək 11 medal sahibidir.
2012-ci ildə “YouTube”a yüklənən bir videodan sonra Quaas adını “Ginnes Rekordları Kitabı”na yazdırıb. 92 yaşı olmasına baxmayaq, Cohanna hələ də aktiv bir şəkildə gimnastika edir.