200 minlik "Xənnas"ın qala gecəsi oldu - "1 milyon qazanacağıq"

200 minlik "Xənnas"ın qala gecəsi oldu -  "1 milyon qazanacağıq"
6234 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın ilk mistik janrda çəkilən “Xənnas” filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində keçirilən tədbir dəbdəbəsi ilə diqqət çəkib.

Mərkəzin qapısından küçəyə kimi qırmızı xalça salınıb, fürşet təşkil olunub.

Qala gecəyə sənət aləminin tanınmış simaları da qayılıb. Onlar arasında xalq artistləri Zümrüd Məmmədova, Fuad Poladov, Ramiz Novruz, əməkdar artistlər Dilarə Əliyeva, Rafael İsgəndərov, Lalə Məmmədova, müğənni Günay İbrahimli, teleaparıcı Könül Muxtarova, Günel Hümbətova və başqaları yer alıblar. Hazırda film çəkilişləri ilə bağlı Bakıda olan türkiyəli aktrisa Pelin Sönmez də qala gecəyə qatılanlar arasında olub.

Ekran işində Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Azər Aydəmir, Zarina Qurbanova rol alıblar.

Rejissor Elvin Abdullayev filmlə bağlı danışaraq, ilkə imza atdıqlarını söyləyib:

“Bu gün Hollivudsayağı təqdimat etdik. Burada peşəkar aktyor heyəti yer alıb. İnanırıq ki, bu kino hər birimiz üçün uğurlu olacaq.  Ekran işinə 200 mindən yuxarı məbləğ xərcləmişik və bir milyon pul qazanmağa iddialıyıq”.

Foto: Ramin ASLANOV