Müğənni Aşkın Nur Yengi yeni mahnısına klip çəkdirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir avtomobil dayanacağında gecə geyimində kamera qarşısına keçən müğənni "Tək rəqibim ancaq Ceyms Bonddur" deyib.
Aşkın bikini ilə görüntülənmə qorxusunun olmadığını deyib:
"Bikinili fotomu çəkib, altına "Çox kökdür" yazarlarsa, həmin il "Victoria’s Secret"in podiumuna çıxmaram".