Xalq artisti Aygün Kazımovanın növbəti duet ortağı bəlli olub.
Axşam.az-ın məlumatına görə, müğənni bu dəfə Ceyhun Əliyevlə duet oxuyacaq. Bu haqda C.Əliyev əməkdaşımızla söhbətindəd eyib.
O bildirib ki, artıq mahnı da hazırdır:
“Mahnının sözləri də, musiqisi də mənə aiddir. Türkiyədə aranjiman olunur. Məni qınayırlar ki, "niyə tez-tez duet oxuyursan?". Müğənninin yaradıcılığı rəngarəng olmalıdır. Bu ifaların hamısı "Qızıl fond”da qalacaq. Nəhayət, mənim də Aygün Kazımova ilə duet oxumaq istəyim gerçəkləşdi”.
Foto: Ramin ASLANOV