"Klon"un "Lukas"ı xanımı və uşaqları ilə - fotolar
Dünya
12:47 / 04.05.17
21662dəfə oxunub
A-
A
A+
"Klon" teleserialının "Lukas"ı Murilio Benisionun oğulları ilə yeni fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, aktyorun 1996-1997-ci illərdə evli olduğu Alessandra Neqrinidən Antonio adlı oğlu var. Hazırda 20 yaşı olan Antonio İnstaqramın aktiv istifadəçisidir.
Aktyorun digər oğlu isə "Klon"da "Hade" obrazını canlandıran Ciovanni Antonellidəndir. 2001-2005-ci illərdə ailəli olan cütlüyün oğlu Pietronun isə 12 yaşı var.
M.Benisio hazırda eyni serialda "Lukas"ın qızı "Mel" obrazına həyat verən Debora Falabella ilə vətəndaş nikahında yaşayır. Deboranın da əvvəlki evliliyindən bir qızı var.